Aktyorun maraqlı stili: 20 ildir saçını özü kəsir

Məşhur türk aktyoru Burak Özçivit imici ilə bağlı diqqət çəkən etiraf edib. O, 20 ildir saçını özü kəsdiyini bildirib.
Sfera.az xəbər verir ki, Özçivit təkcə aktyorluq karyerası ilə deyil, həm də stili və xarizması ilə tez-tez diqqət mərkəzində olub.
“Çalıkuşu”, “Kara Sevda” və “Kuruluş Osman” kimi seriallarla geniş pərəstişkar kütləsi qazanan aktyor son açıqlaması ilə də media gündəminə düşüb.
Aktyor jurnalistlərə verdiyi müsahibədə ötən illər ərzində saçını peşəkar bərbərdə deyil, özünün kəsdiyini bildirib:
“Qayçı mənim üçün vacib bir vasitədir. Təxminən 20 ildir ki, saçımı özüm kəsirəm”.
Burak Özçivit incəsənət fakültəsinin məzunu olmağın bu vərdişi çətinləşdirmədiyini də vurğulayıb. O, saçını kəsməyi “rəsmlə məşğul olmaq” kimi qiymətləndirərək bu işi yaradıcılıq prosesi ilə eyniləşdirib:
“Mənim üçün rəsm çəkməkdən heç bir fərqi yoxdur”.
Aktyorun bu etirafı həm pərəstişkarları, həm də moda izləyiciləri arasında geniş müzakirə olunub.
Mənsumə
Sfera.az
