Mahsun Kırmızıgül: "Filmin sonunda tamaşaçılar teatrdan çıxa bilməyəcəklər"

Uzun illərdir təkcə səhnə həyatında deyil, həm də kino aləmində rejissor və ssenarist kimi tanınan məşhur müğənni Mahsun Kırmızıgül yeni bir film üzərində işləməyə başlayıb.
Sfera.az xəbər verir ki, Türkiyədəki konserti öncəsi jurnalistlərin qarşısına çıxan Kırmızıgül bildirib ki, uzun müddət əvvəl yazdığı, lakin dayandırdığı bir ssenariyə yenidən baxıb və bu layihəni çəkəcək.
Yeni layihənin bir sevgi hekayəsi olduğunu deyən Kırmızıgül, “Bu, mənim üçün ən dəyərli ssenarilərdən biridir. Uzun müddətdir üzərində işləyirəm. İndi yenidən yeniləyirəm”,- deyib.
Filmin təsirli bir sonluqla tamaşaçıları şoka salacağını deyən müğənni cəsarətli bir açıqlama verib: “Filmin sonunda tamaşaçılar 15 dəqiqə teatrdan çıxa bilməyəcəklər. Bu, çox təəccüblü bir hekayədir”.
Bu sözlər artıq kino dairələrində böyük maraq doğurub. O, həmçinin baş rolda olub-olmayacağı sualına da aydınlıq gətirib. Müğənni-rejissor həmçinin baş rolda çəkilməyəcəyini bildirib, lakin ssenarini özü yazdığı üçün mümkündür ki, filmində kiçik bir rolda görünsün. Rejissor kreslosunu isə özü tutacaq.
Qeyd edək ki, Mahsun Kırmızıgül “Beyaz Melek”, “Günəşi Gördüm”, “New Yorkda Beş Minare”, “Mucize” və “Mucize 2: Aşk” kimi filmlərə də rejissorluq edib. Onun yeni layihəsinin də bu filmlər qədər müzakirə olunacağı gözlənilir.
Mənsumə
Sfera.az
