Mert Demirdən alqışlanan hərəkət: Gəlirini təhsilə bağışladı

Mert Demirdən alqışlanan hərəkət: Gəlirini təhsilə bağışladı
Kateqoriya məlum deyil
T

Türkiyənin populyar müğənnisi Mert Demir 202-cı ildəki ilk konsertindən əldə etdiyi bütün gəliri xeyriyyə məqsədilə bağışlayıb.


Sfera.az türk mediasına istinadən xəbər verir ki, sənətçinin keçirilən konsertlərində bütün biletlər tamamilə satılıb.

 

Əldə olunan gəlir isə imkansız gənclərin təhsil xərclərinin qarşılanmasına yönləndirilib. Bu addım həm pərəstişkarları, həm də sosial media istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.


Mert Demir xoşbəxtliyini və həyəcanını “Instagram” hesabında paylaşaraq bildirib:

 

“Türkiyə turunun ilk mərhələsinin bütün biletləri satıldı. Bu, bir çox gözəl xatirələr buraxır. Turdan əldə etdiyim gəliri ehtiyacı olan qardaş və bacılarımın təhsil xərclərini dəstəkləmək üçün bağışladım. 1 apreldə qaldığımız yerdən davam edəcəyik. Tezliklə görüşənədək. Hamınızı çox sevirəm”.


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ