Aktyor barədə cinayət işi başladıldı

Aktyor barədə cinayət işi başladıldı
Kateqoriya məlum deyil
T

“Yasak Elma”, “İkimizin Sırrı” və “Maria” seriallarındakı rolları ilə tanınan aktyor Ceyhun Mengiroğlunun təxminən 15 milyon Türkiyə lirəsi məbləğində borcları səbəbindən Türkiyəni tərk edərək Bali adasında məskunlaşdığı iddia olunur.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, aylardır Türkiyəyə qayıtmayan və kreditorların zənglərinə cavab verməyən 40 yaşlı aktyora qarşı çoxsaylı cinayət şikayətləri əsasında iş açılıb. Bildirilir ki, Mengiroğlu banklara və iş adamlarına olan borclarını ödəmədən ölkəni tərk edib. Aktyorun yaxın çevrəsindən olan bəzi şəxslər onun “həyatını yenidən qurmaq üçün” xaricə getdiyini iddia etsələr də, kreditorlar bu addımı “planlı qaçış” kimi qiymətləndirirlər. İddialara əsasən, Mengiroğlu 2025-ci ilin avqust ayından etibarən Türkiyəyə daxil olmayıb və yay aylarında həyat yoldaşı ilə birlikdə Balidə yaşamağa başlayıb.

 

Araşdırmalar zamanı aktyorun Türkiyəni tərk etməzdən əvvəl banklardan kredit götürdüyü, kredit kartı limitlərini tam şəkildə istifadə etdiyi məlum olub. Bundan əlavə, əsasən film və televiziya sektorundan olan tanışlarından 10 milyon TL-dən çox borc aldığı və bu vəsaitlə Balidə yeni həyata başladığı iddia edilir. Cinayət şikayətlərindən sonra Mengiroğlunun ifadəsinin alınması üçün həbs qərarı verildiyi bildirilir. Son altı ayda Türkiyədən kənarda olan aktyorun tanışları ilə əlaqəni tamamilə kəsdiyi, köhnə telefon nömrəsindən artıq istifadə etmədiyi də qeyd olunur.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ