Şeyma Subaşı: "10 yaşımdan namaz qılıram, sevdiyim peyğəmbər isə.."

Şeyma Subaşı: "10 yaşımdan namaz qılıram, sevdiyim peyğəmbər isə.."
Kateqoriya məlum deyil
T

Narkotik istintaqından sonra adı hallanan sosial media fenomeni Şeyma Subaşı bu dəfə dini açıqlamaları ilə gündəmə gəlib.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə mənəvi mövzulu paylaşımlarını artıran Subaşı verdiyi son açıqlama ilə yenidən diqqət mərkəzinə düşüb.

 

Məşhur fenomen bildirib ki, ən sevdiyi peyğəmbər Məhəmməd peyğəmbərdir. Onun sözlərinə görə, mənəviyyata bağlılığı son dövrlərlə məhdudlaşmır və bu, uşaqlıq illərinə gedib çıxır. Şeyma Subaşı açıqlamasında 10 yaşından bəri namaz qıldığını və Quran oxuduğunu da deyib. İbadətin həyatında mühüm yer tutduğunu vurğulayan Subaşı, imanla bağlı tərəfinin indiyə qədər ictimaiyyətə geniş şəkildə məlum olmadığını bildirib.

 

Qeyd edək ki, Subaşı bir müddət əvvəl “Bundan sonra mənim bikini şəkillərimi və videolarımı nadir hallarda görəcəksiniz” deyərək sosial mediada daha fərqli istiqamət seçəcəyinin mesajını vermişdi. Son vaxtlar isə onun paylaşımlarında dini və mənəvi məzmunun artması diqqətdən yayınmayıb. Adının çəkildiyi narkotik araşdırmasından sonra bu cür paylaşımların intensivləşməsi sosial mediada müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bunu “daxili transformasiya və mənəvi axtarış” kimi dəyərləndirsə də, digərləri bu dəyişimin zamanlamasına diqqət çəkiblər. Şeyma Subaşının açıqlamaları qısa zamanda sosial mediada geniş müzakirələr yaradıb. Məşhurun həyat tərzindəki dəyişiklik və mənəviyyata vurğusu həm dəstək, həm də tənqid dolu şərhlərlə qarşılanıb.

 

Fidan Hacızadə

Sfera.az

 

 

PAYLAŞ