Şəbnəm Tovuzlunun ad gününə 11 min manat yazdıran kimdir?

Şəbnəm Tovuzlunun ad gününə 11 min manat yazdıran kimdir?
Kateqoriya məlum deyil
T

Müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunun ad gününə yazdırdığı pulun məbləğini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Tacir Şahmalıoğlu Qaynarinfo-ya açıqlamasında Şəbnəm Tovuzlunun ad gününə 11 min manat yazdırdığını bildirib.

 

"Söhbət Şəbnəmdən gedir. Ustad tələbəsinin ad gününə 11 min manat yazdırıb. Tələbə də ustadının oğlunun toyuna 15 min pul yazdırmışdı", - o deyib.

 

Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlunun təmtəraqlı ad günündə 173 min manat pul yığılıb. Mərasimə ən çox pul yazdıranlar arasında Tacir Şahmalıoğlu, Ədalət Şükürov və Könül Kərimovanın adı var.

PAYLAŞ