“Anamla indiyə qədər öpüşüb-qucaqlaşmamışıq, ən yaralı yerimdir"

"Anamla indiyə qədər öpüşüb-qucaqlaşmamışıq, ən yaralı yerimdir"
Kateqoriya məlum deyil
T

Tanınmış aktrisa Xuraman Əliyeva etirafları ilə diqqət çəkib.

 

Sfera.az xəbər verir ki, sənətçi anası ilə münasibətlərinə dair səmimi açıqlamalar verib:

 

"Anamla indiyə qədər heç vaxt öpüşməmişik. Bir-birimizi sevirik, amma bir dəfə də olsun qucaqlaşmamışıq. Başqalarında öpüşüb-qucaqlaşma görəndə təəccüblənirəm. Anamla aramızdakı sevgi uzaqdan, "platonik"dir. Bir-birimizlə nəfəs alırıq, amma bunu göstərə bilmirik. Bu, ən yaralı yerimdir.

 

Övladımı isə çox qucaqlayıb öpürəm. Uşağımla dostam. Özüm görmədiklərimi övladıma yaşadıram. Oğlumla böyük söhbətləri edirəm, o da mənə eyni şəkildə cavab verir".\milli.az

PAYLAŞ