Türkiyə gözəli həbs edildi

Türkiyə gözəli həbs edildi
Kateqoriya məlum deyil
T

Türkiyədə narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar davam edir.

 

Sfera.az xəbər verir ki, dekabrın 28-də şəhər saatlarında keçirilən əməliyyat zamanı 20-dən çox tanınmış şəxs saxlanılıb. Onların arasında Türkiyə gözəli Busə İskəndəroğlu da var.

 

Qeyd edək ki, Busə İskəndəroğlu 1997-ci ildə Yalovada anadan olub. O, 2016-ci ildə Türkiyə gözəli seçilib.

 

28 yaşlı Busə bir neçə ildi model kimi fəaliyyət göstərir. Türkiyə gözəli ölkəsini tez-tez beynəlxalq platformalarda təmsil edir./mətbuat.az

PAYLAŞ