Anasının məşuqəsini vəhşicəsinə öldürdü

Anasının məşuqəsini vəhşicəsinə öldürdü
Kateqoriya məlum deyil
T

Anasının məşuqəsini vəhşicəsinə qətlə yetirməkdə ittiham olunan 47 yaşlı yerli sakin Yekaterinburqda məhkəmə qarşısına çıxacaq.

Sfera.az bildirir ki, istintaqın məlumatına görə, iyulun 12-si gecəsi təqsirləndirilən şəxs Pribaltiyskaya küçəsindəki mənzilində anasını ziyarət edib.

Qadın süfrə açıb və oğlu ilə onun birgə yaşadığı kişi spirtli içki içməyə başlayıblar. Bir anda aralarında mübahisə yaranıb. Mübahisədən sonra anasının yeni sevgilisindən yaxa qurtarmaq istəyən təqsirləndirilən şəxs kəmərini çıxarıb, rəqibinin boynuna keçirib və boğaraq öldürüb.

Cinayətdən sonra kişi qaçsa da, daha sonra saxlanılıb.

PAYLAŞ