Beynəlxalq axtarışda olan şəxs Türkmənistana təhvil verildi

Beynəlxalq axtarışda olan şəxs Türkmənistana təhvil verildi
Kateqoriya məlum deyil
T

Azərbaycan beynəlxalq axtarışda olan 1979-cu il təvəllüdlü Dovletgeldi Başımovu Türkmənistana təhvil verib.

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Sözügedən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiyasına dair Türkmənistan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

D.Başımov narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmişdi.

O, 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

PAYLAŞ