Qaxda çətənə kolları əkən şəxs saxlanılıb

Kateqoriya məlum deyil
T
Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıb.
Sfera.az xəbər verir ki, çay sahili yaxınlığında meşəlik ərazidə əkilmiş çətənə kolları aşkar edilib.
Saxlanılan şəxsin həmin narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, H.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
