Vətəndaşları şantaj edən daha bir şəxs həbs edildi

Vətəndaşları şantaj edən daha bir şəxs həbs edildi
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist, bloger adı altında hədə-qorxu ilə pul tələb edən daha bir nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Sfera.az xəbər verir ki, 10-dan çox şəxsin şikayəti əsasında əvvəllər dələduzluq, böhtan, təhqir və xuliqanlıq cinayətlərinə görə məhkum olunmuş "Regionxeber" və digər internet resurslarında 50-dən artıq müxtəlif saxta sosial media hesablarını və səhifələri idarə edən 54 yaşlı Fuad Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


PAYLAŞ