Sumqayıtda 18 yaşlı qız 20 yaşlı tanışını bıçaqlayıb

Kateqoriya məlum deyil
T
Sumqayıtda bıçaqlanma hadisəsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində baş verib.
İlkin məlumata görə, 18 yaşlı Sumqayıt sakini G.Ə ilə 20 yaşlı Q.B arasında yaranan mübahisə zamanı insident yaşanıb. Münaqişə nəticəsində G.Ə tanışına bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti nəzarətə alınıb.
Hadisəni törətməkdə şübhəli bilinən G.Ə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
