Ata 3 azyaşlı qızını amansızlıqla qətlə yetirdi

Ata 3 azyaşlı qızını amansızlıqla qətlə yetirdi
Kateqoriya məlum deyil
T

Hindistanın Carxand ştatının Qiridix rayonunun Turukdixa kəndində 40 yaşlı kişi üç qızını qətlə yetirib.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı "The Times of India" qəzeti yayıb.

 

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, qətlə yetirilən qızlardan ikisinin 6 yaşı, üçüncünün isə 17 yaşı olub.

 

Hadisəni törədən şəxs artıq polis tərəfindən saxlanılıb.

 

İlkin məlumatlara görə, ata cinayəti törədərkən kəsici-deşici alətdən istifadə edib. Dəhşətli qətliamın hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib.

 

Xatırladaq ki, bir müddət əvvəl, 8 martda Hindistanın Telanqana ştatında da oxşar cinayət qeydə alınıb. Həmin vaxt ata üç qızını su çənində boğaraq qətlə yetirib./musavat

PAYLAŞ