Dayısını öldürüb 3 gün meyiti ilə eyni evdə yaşadı

Dayısını öldürüb 3 gün meyiti ilə eyni evdə yaşadı
Kateqoriya məlum deyil
T

Türkiyənin Bursa şəhərində 60 yaşlı Cüneyt Taşkıran bacısı oğlu, 35 yaşlı Erdem Alay tərəfindən döyülərək öldürülüb.

 

Sfera.az  bildirir ki, hadisə 3 gün ərzində yaralı anası və dayısının meyiti ilə eyni evdə qalan Erdem Alayın spirtli içkinin təsiri altında taksi sürücülərinə dayısının öldüyünü deməsindən sonra üzə çıxıb. Taksi sürücülərinin məlumatı əsasında hüquq-mühafizə orqanları hadisədən xəbər tutub.

 

Hadisə mayın 23-də günorta saatlarında Türkiyənin Bursa şəhərinin Osmanqazi qəsəbəsində baş verib.

PAYLAŞ