Bakıda qətl hadisəsi baş verib

Bakıda qətl hadisəsi baş verib
Kateqoriya məlum deyil
T

Bakıda qətl hadisəsi baş verib.

 

Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb.

 

Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə ər-arvad hadisə yerində ölüb.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.

PAYLAŞ