DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun

Sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda tez-tez “brend məhsullar çox ucuz qiymətə satılır” kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür
Sfera.az bildirir ki, Daxili İşlər Nazirliyi bununla bağlı vətəndaşlara xəbərdarlıq edib. Bildirilib ki, ilk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünürlakin bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir.
Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, “son fürsət”, “məhdud sayda” kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir. Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir.
DİN vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:
- Şübhəli linklərə daxil olmayın;
-Saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın;4
- Alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin;
- Emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın.
Belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir. Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin.
Unutmayın, onlayn platformalarda diqqətli davranmaq hesabınızdakı vəsaiti qorumağın ən etibarlı yoludur.
