Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

Kateqoriya məlum deyil
T
Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə aprelin 2-də səhər saatlarında Biləcəri qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğulları polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
