Sabunçuda qətl: Şübhəli saxlanıldı

Sabunçuda qətl: Şübhəli saxlanıldı
Kateqoriya məlum deyil
T

Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, Ramana qəsəbəsində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkarlanıb.

 

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)

PAYLAŞ