Məşhurlardan etiraf: “Narkotik istifadə etmişəm, amma...”

Məşhurlardan etiraf: "Narkotik istifadə etmişəm, amma..."
Kateqoriya məlum deyil
T

İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq Bürosu tərəfindən aparılan təhqiqat çərçivəsində aralarında məşhur müğənni və aktyorların da olduğu 5 nəfərin ifadəsi açıqlanıb. İsmayıl Hacıoğlu, Kaan Tangöze, Murat Dalkılıç, Adem Kılıççı və Kamal Doğulu haqqında verilən ifadələrdə şübhəlilərin narkotik istifadəsinə dair təəccüblü etiraflar yer alıb.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində saxlanılan 21 şübhəli sağlamlıq yoxlanışından sonra Çağlayandakı İstanbul Ədliyyəsinə sövq edilib.

 

İsmayıl Hacıoğlu, Kaan Tangöze, Murat Dalkılıç və Kamal Doğulu prokurorluqdakı ifadələrindən sonra sərbəst buraxılıblar.


Adem Kılıççı: "Qardaşımın ölümünə görə istifadə etmişəm"


Keçmiş milli idmançı və "Survivor" çempionu Adem Kılıççı ifadəsində qardaşının vəfatından sonra kədərini yüngülləşdirmək üçün marixuana qəbul etdiyini etiraf edib. O, bunun cəmi bir dəfə baş verdiyini və asılılığının olmadığını bildirib.


İsmayıl Hacıoğlu: "Narkotiki poçt qutusuna qoyurdular"


Aktyor İsmayıl Hacıoğlu xaricdə olduğu dövrdə marixuana istifadə etdiyini boynuna alıb. O, maddəni heç vaxt əlbəəl almadığını, poçt qutusu vasitəsilə sifariş etdiyini və bu əməlindən peşman olduğunu deyib.


Kaan Tangöze: "Almışam, amma istifadə etməmişəm"


Müğənni Kaan Tangöze küçədə tanımadığı birindən narkotik aldığını, lakin sonradan istifadə etməkdən vaz keçdiyini iddia edib: "Almışdım, amma nə qədər pul ödədiyimi xatırlamıram. Narkotikin xarab ola biləcəyini düşünərək istifadə etmədim".

 

Murat Dalkılıç: "Heç vaxt toxunmamışam"

 

Müğənni Murat Dalkılıç həyatı boyu narkotik maddədən istifadə etmədiyini və bu cür mühitlərlə əlaqəsinin olmadığını qətiyyətlə vurğulayıb.


Kamal Doğulu: "Cəmi bir dəfə"


Moda dizayneri Kamal Doğulu telefonunda təxəllüs istifadə edərək sifariş verdiyini və maddəni cəmi bir dəfə sınaqdan keçirdiyini etiraf edib.

 

Mənsumə 
Sfera.az

 

PAYLAŞ