Prokurorluq Nigar İsmayılova ilə bağlı araşdırma başlatdı

Kateqoriya məlum deyil
T
Xəbər verdiyimiz kimi, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib və vəfat edib.
Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. "Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək",- məlumatda qeyd olunub.
Firuzə Əliyeva
Sfera.az
