Ötən il paytaxtda törədilən qətllərin sayı açıqlandı

Ötən il paytaxtda törədilən qətllərin sayı açıqlandı
Kateqoriya məlum deyil
T

Ötən il Bakıda 14 104 cinayət hadisəsi törədilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində deyilib.

 

Bildirilib ki, həmin cinayətlərin 93,4 %-nin açılması təmin olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətinin və 19 qəsdən adam öldürməyə cəhdin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.

PAYLAŞ