Bakıda 45 yaşlı kişi öldürüldü - Saxlanılan var

Bakıda 45 yaşlı kişi öldürüldü - Saxlanılan var
Kateqoriya məlum deyil
T

Dekabrın 26-sı saat 03 radələrində Xətai rayonu NZS qəsəbəsində qətl törədilib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb.

 

Ona xəsarətlər yetirməklə qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ