Qlobal buğda istehsalı azalacaq: İstilər öz təsirini göstərdi

Qlobal buğda istehsalı azalacaq: İstilər öz təsirini göstərdi
Kateqoriya məlum deyil
T

FAO-nun 2026-cı ildə qlobal taxıl istehsalı ilə bağlı hazırkı proqnozu 2,983 milyard tondur.

Sfera.az "Agroexport"a istinadən xəbər verir ki, təşkilatın iyul ayı icmalına görə, proqnozlaşdırılan miqdar 2025-ci ilin tarixi göstəricisindən 1,9% aşağı olsa da, ikinci ən böyük göstərici hesab ediləcək.

Qlobal buğda istehsalı ilə bağlı proqnoz 806,5 milyon tona endirilib ki, bu da əvvəlki ilin səviyyəsindən 4,3% azdır. İstehsalın azalmasına Avstraliyada El-Ninyo istilərinin istehsala mənfi təsir etməsidir. Kəskin istilər Avstraliyada istehsalın beşillik orta səviyyədən aşağı düşməsinə səbəb olacağını göstərir.

Qlobal düyü istehsalının da 1,8% azalacağı gözlənilir.

Amma qarğıdalı və arpa istehsalında artım proqnozlaşdırılır.

Qlobal taxıl ticarətində isə dəyişiklik fərqli olacaq. 2026/27-ci illərdə qlobal buğda ticarətinin 9,8 milyon ton (və ya 4,7%), arpanın 7 milyon ton (-18,8%) azalacağı, qarğıdalının isə 5 milyon ton (+2,5%) artacağı gözlənilir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ