Milli Məclis “Balıqçılıq haqqında” qanun layihəsini qəbul etdi

Milli Məclis “Balıqçılıq haqqında” qanun layihəsini qəbul etdi
Kateqoriya məlum deyil
T

"Balıqçılıq haqqında” yeni qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşdan sonra qəbul edilib.

Sfera.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi 8 fəsil, 30 maddədən ibarətdir.

Layihəyə əsasən, balıqçılıq sahəsində idarəetmənin rəqəmsallaşdırılması, informasiya sistemləri vasitəsilə balıqçılıq subyektləri, istifadə edilən resurslar və dövriyyəyə daxil olan məhsullar üzrə məlumatların uçotu və izlənməsi mexanizmləri yaradılacaq.

Balıqçılıq subyektləri və obyektləri, habelə balıqçılıq infrastrukturu, balıq ovu alətləri, balıqçı gəmiləri barədə və balıqçılıq sahəsində idarəetmənin və nəzarətin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində toplanacaq. Balıqçıq su obyektləri, o cümlədən vətəgə sahələri barədə məlumat daşınmaz əmlakın dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri məlumatlarının tamlığının təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.

Yeni qanun qüvvəyə mindiyi gündən “Balıqçılıq haqqında” 1998-ci il 27 mart tarixli 457-IQ nömrəli qanun ləğv ediləcək.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ