Azərbaycanda reklam bazarı sürətlə böyüyür - RƏQƏMLƏR

Azərbaycanda reklam bazarı sürətlə böyüyür - RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

Azərbaycanda reklam bazarının həcmi 300 milyon manata çatıb.

Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin yekununda reklam bazarının həcmi əvvəlki ilə nisbətən 32 milyon manata yaxın böyüyərək 292,4 milyon manat olub.

Reklam bazarının həcmi 2024-cü ildə 260,8 milyon manat, 2023-cü ildə 201 milyon manat, 2022-ci ildə 143,8 milyon manat olmuşdu.

Dinamika göstərir ki, son illərdə Azərbaycanda reklam bazarının həcmində artım böyük sürətlə gedir.

2025-ci ildə reklam bazarının 283 milyon manatı birbaşa reklam fəaliyyətindən ibarət olub. Bunun 159,6 milyon manatı reklamın yayımlanmasından, 68,4 milyon manatı reklamın yaradılmasından, 55 milyon manatı reklamın istehsalından ibarətdir.

Azərbaycanda reklamın yayımlanmasına görə ən çox pul açıq məkanda reklamın yayımlanmasına xərclənib.

Media və kütləvi tədbirlərdə reklam yayımlanmasına 68 milyon manat (o cümlədən teleradio proqramlarında yayıma 40,2 milyon manat, rəqəmsal platformalarda yayıma 20 milyon manat), nəqliyyat vasitələrində reklamın yayımlanmasına 20 milyon manat ayrılıb.

Vasif

Sfera.az

PAYLAŞ