"iPhone 17” modellərinin istehsalı azaldılacaq

"iPhone 17” modellərinin istehsalı azaldılacaq
Kateqoriya məlum deyil
T

Texnologiya nəhəngi “Apple ” uzun müddət yüksək satış göstəriciləri ilə diqqət çəkən “iPhone 17” seriyasının istehsal planlarını yenidən nəzərdən keçirib.

Sfera.az xəbər verir ki, şirkətin tədarük zəncirindən yayılan məlumata görə, istehsal həcmi təxminən 15 faiz azaldılacaq.

Məlumata görə, qlobal smartfon bazarında müşahidə olunan tələbatın zəifləməsi fonunda "Apple" təchizat hədəflərini yeni bazar şərtlərinə uyğunlaşdırır.

Sənaye mənbələri bildiriblər ki, yalnız “Apple” deyil, həmçinin “Xiaomi”, “OPPO”, "Vivo" və “Honor” kimi aparıcı smartfon istehsalçıları da qlobal təchizat proqnozlarını 15-30 faiz aralığında aşağı salıblar. Ekspertlər bunu smartfon bazarında məhsulların təbii yenilənmə dövrü ilə əlaqələndiriblər.

Buna baxmayaraq, “iPhone 17” seriyası 2026-cı ilin ilk rübündə qlobal bazarda 6 faizlik payla dünyanın ən çox satılan smartfon seriyası olmağı bacarıb. Şirkət satışlardan 85,2 milyard ABŞ dolları gəlir əldə edərək öz proqnozlarını da üstələyib.

Mütəxəssislərin fikrincə, son aylarda satış tempinin zəifləməsinin əsas səbəbi istifadəçilərin diqqətini payızda təqdim olunacağı gözlənilən “iPhone 18 Pro” modellərinə və “Apple”ın ilk qatlana bilən smartfonuna yönəltməsidir. Bu səbəbdən şirkət istehsal strategiyasını bazardakı yeni gözləntilərə uyğun şəkildə tənzimləyir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ