Türkiyənin ixracında yeni rekord qeydə alındı

Türkiyənin ixracında yeni rekord qeydə alındı
Kateqoriya məlum deyil
T

Ticarət naziri Ömər Bolat tərəfindən açıqlanan məlumatlara görə, Türkiyənin ixracı iyunda 25 milyard dollara çatıb. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur. Nazir deyib ki, 2026-cı ildəki nəticə indiyə qədər qeydə alınan ən yüksək iyun göstəricisi olub.

Sfera.az xəbər verir ki, 2026-cı ilin birinci yarısında isə ixrac 3,6 faiz artaraq 136,1 milyard dollara çatıb.

Eyni dövrdə ölkənin ümumi idxalı 4,6 faiz artaraq 189,2 milyard dollar olub.

Altı ayda Türkiyənin xarici ticarətində 53,1 milyard dollar kəsir yaranıb.

Vasif

Sfera.az

PAYLAŞ