Neft qiymətləri bir qədər də düşəcək - Proqnoz

Neft qiymətləri bir qədər də düşəcək - Proqnoz
Kateqoriya məlum deyil
T

Hörmüz boğazının yenidən açılmasından sonra Səudiyyə Ərəbistanının xam neft ixracı müharibədən əvvəlki səviyyələrə yaxınlaşıb.

Sfera.az xəbər verir ki, bu, ABŞ və İran arasında müvəqqəti sülh müqaviləsindən sonra Fars körfəzində daşımaların normal vəziyyətə qayıtdığının ən bariz göstəricilərindən biridir.

"Bloomberg"in tanker izləmə məlumatlarına görə, dünyanın ən böyük ixracatçısı çərşənbə gününə qədər altı gün ərzində gündə 6,3 milyon barel neft göndərib. Bu rəqəm təxminən 2025-ci ilin orta göstəricisinə və fevral ayı səviyyələrinin demək olar ki, 90%-nə bərabərdir.

Dünyanın ən böyük investisiya banklarından biri olan "Citigroup" hesab edir ki, bu vəziyyətdə neft qiymətlərində enmə davam edəcək. Qurumun proqnozuna əsasən, "Brent" neftinin qiyməti ilin sonuna qədər 60-65 dollara düşəcək.

Vasif

Sfera.az

PAYLAŞ