Azərbaycanda neçə hotel var ? - Statistika

Kateqoriya məlum deyil
T
2026-cı ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 885 mehmanxana (hotel) və ya mehmanxana tipli obyekt var.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci il ərzində hotellərin sayı 26 ədəd, son 5 ildə isə 170 ədəd artıb.
Hotellərin böyük əksəriyyəti xüsusi mülkiyyətdədir. Lakin bununla belə son 5 ildə dövlət mülkiyyətində olan hotellərin sayında da artım müşahidə edilir.
Azərbaycanda olan 885 hotelin 787 ədədi qeyri-dövlət, 63 ədədi dövlət mülkiyyətindədir.
Son 5 ildə qeyri-dövlət mülkiyyətində olan hotellərin sayı 131 ədəd, qeyri-dövlət mülkiyyətində olan hotellərin sayı isə 25 ədəd artıb.
Qeyri-dövlət hotellərinin 20 ədədi əcnəbilərə, 15 ədədi birgə mülkiyyətçilərə məxsusdur.
Vasif
Açar sözlər:
