Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi

Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Kateqoriya məlum deyil
T

Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına xüsusi önəm verən Bank of Baku növbəti ekoloji layihəsini reallaşdırıb.

Belə ki, Bank tərəfindən 01 iyul tarixində Xəzər dənizinin Bilgəh sahilində ərazinin tullantılardan təmizlənməsi aksiyası həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan aksiyada Bank of Baku əməkdaşları ekokönüllülər ilə birlikdə ərazini plastik, şüşə, polietilen və digər zərərli məişət tullantılarından təmizləyiblər.

Aksiyanın əsas məqsədi Xəzər dənizinin və sahilyanı ərazilərin çirklənməsinin qarşısını almaq, cəmiyyətdə ekoloji mədəniyyəti, ətraf mühitə qayğı hissini təşviq etməkdir.

Qeyd edək ki, Bank of Baku “Təbiətə Yaxın Bankçılıq” şüarı altında ətraf mühitin qorunmasına yönəlik yaşıl təşəbbüsləri daimi olaraq həyata keçirir. Bank tərəfindən ötən illərdə də təmizlik aksiyaları təşkil edilib və ümumilikdə 1 tona yaxın tullantının toplanılmasına nail olunub.

PAYLAŞ