Şirkət satınalmalarında rekord: 2,6 trilyon dollara çatdı

2026-cı ilin birinci yarısında qlobal miqyasda şirkətlər arasında birləşmə və satınalma (M&A) əməliyyatlarının həcmi 2,6 trilyon dollara çatıb.
Sfera.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məbləğ əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artım deməkdir.
Ötən ilin birinci yarısında satınalmaların dəyəri təxminən 2 trilyon dollar təşkil etmişdi.
"Bloomberg" tərəfindən toplanan məlumatlara görə, şirkətlər ilin birinci yarısında dəyəri 10 milyard dollardan yüksək olan 38 müqavilə imzalayıblar.
İmzalanan meqa-müqavilələrin sayı altı aylıq dövrlər üzrə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
Məşhur qida məhsullarından tutmuş elektrik şəbəkələrinə qədər hər bir sektorda şirkət rəhbərləri (CEO), direktorlar şuraları və onları dəstəkləyən bankirlər irimiqyaslı əməliyyatlar həyata keçiriblər. Bütün bunlar qlobal müharibələr, iqtisadi narahatlıqlar və siyasi qeyri-müəyyənliklər fonunda baş verib.
"İnsanlar bu dəyişkənliyi qəbul ediblər və onun bitməsini gözləmək əvəzinə, mövcud mühitdə investisiya qoymağa davam edirlər", - deyə "Morgan Stanley" investisiya bankının qlobal birləşmə və satınalmalar üzrə həmsədri Tom Mayls bildirib.
Vasif
