Maliyyə naziri mənfəət vergisi üzrə kəsirin səbəbini açıqladı

Maliyyə naziri mənfəət vergisi üzrə kəsirin səbəbini açıqladı
Kateqoriya məlum deyil
T

“Qeyri-neft sektoru üzrə mənfəət vergisinin kəsirlə icra olunmasının əsas səbəbi vergi ödəyiciləri tərəfindən mənfəət vergisi üzrə hesablanmış məbləğin ƏDV üzrə artıqödəmə ilə əvəzləşdirilməsidir”.

Sfera.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, hesabat ili ərzində qeyri-neft sektorundan mənfəət vergisi üzrə proqnozlaşdırılmış məbləğ 4 milyard 123 milyon manat təşkil edib ki, bu da faktiki daxilolmadan 219 milyon manat və ya 5,3 faiz çoxdur.

“Eyni zamanda, həmin dövrdə qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 4 milyard 202 milyon manat təşkil edib və təsdiq edilmiş proqnozu 639 milyon manat və ya 18 faiz üstələyib. Nəticədə ƏDV və mənfəət vergisi üzrə göstəricilər birlikdə qiymətləndirildikdə, ümumi faktiki icranın proqnozdan 5,5 faiz yüksək olduğunu görmək olar”.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ