"Bitcoin" ucuzlaşır - Son qiymətlər

"Bitcoin" ucuzlaşır - Son qiymətlər
Kateqoriya məlum deyil
T

Ən bahalı kriptovalyuta olan "Bitcoin"in dəyəri texnologiya şirkətlərinin səhmlərinin qiymətinin geriləməsi səbəbindən 10 oktyabr 2024-cü ildən bəri ilk dəfə 60 dollardan aşağı düşüb.

Sfera.az xəbər verir ki, dünən "Bitcoin"in qiyməti 59 dollara enərək son ayların antirekordunu müəyyənləşdirib.

Bu, aparıcı kriptovalyutanın ardıcıl səkkizinci aylıq enişinin dərinləşməsini göstərir.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında "Bitcoin"in qiyməti ən yüksək hədd olan 126 dollara yüksəlmişdi. İndiki qiymət həmin səviyyədən təxminən 50 % aşağıdır.

Onu da bildirək ki, "Bitcoin"in ümumi bazar həcmi (kapitalizasiyası) təxminən 1,2 trilyon ABŞ dolları (təxminən 2,04 trilyon Azərbaycan manatı) təşkil edir.

Vasif

Sfera.az

PAYLAŞ