Uzunmüddətli əmanətlərdə artım davam edir - Rəqəmlər

Azərbaycan banklarında olan uzunmüddətli əmanətlərin həcmində və xüsusi çəkisində artım davam edir.
Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, mayın sonunda uzunmüddətli əmanətlərin həcmi 5,721 milyard manata çatıb.
Bu məbləğ 2023-cü illə müqayisədə 3,13 milyard manat və ya 2,21 dəfə çoxdur.
Uzunmüddətli əmanətlərin həcmi ilə yanaşı onun ümumi əmanətlərdə payı da artır.
Əmanətlərdə olan pay 2023-cü ildə 20 faiz olduğu halda bu ilin mayın sonunda nisbət 32 faizi ötüb.
Uzunmüddətli əmanətlərin payının artması 2 səbəblə bağlıdır.
Birinci səbəb manatla 18 ay və daha artıq müddətə qoyulan əmanətlər üzrə faiz dərəcələrinin xeyli artırılmasıdır.
İkinci səbəb isə manatla 18 ay və artıq müddətə qoyulan əmanətlər üzrə faiz gəlirlərindən vergi tutulmamasıdır.
Bu amillər uzunmüddətə əmanət yerləşdirilməsini daha sərfəli edib.
Uzunmüddətli əmanətlərin həcmində artım dinamikası 2026-cı ilin yanvar-may aylarında da müşahidə olunub. İlk 5 ayda uzun müddətə qoyulan əmanətlərin həcmi 468 milyon manat və ya 8,9 faiz artıb.
Qeyd edək ki, ilk 5 ayda cəmi əmanətlər 6,13 faiz artıb.
Vasif
