Qiymətli metallar ucuzlaşır

Kateqoriya məlum deyil
T
Əmtəə bazarlarında qızılın qiymətində azalma qeydə alınıb.
Sfera.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin qiyməti 1,51% azalaraq 4 139,4 ABŞ dolları təşkil edib.
Eyni zamanda gümüş bazarında da eniş müşahidə olunub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçersləri 4,27% ucuzlaşaraq 63,25 ABŞ dollarına düşüb.
