Gürcüstandan avtomobil idxalı 38% azalıb - RƏQƏMLƏR

Gürcüstandan avtomobil idxalı 38% azalıb - RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

Bu ilin ilk beş ayında Gürcüstandan Azərbaycana 66,4 milyon ABŞ dolları dəyərində 1 926 ədəd minik avtomobili ixrac edilib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalında dəyər baxımından 38,3%, miqdar baxımından isə 2 dəfəyə yaxın azalma qeydə alınıb.

Yanvar-mayda Gürcüstandan ümumilikdə 734,6 milyon ABŞ dolları dəyərində 29 297 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 6,57%-i Azərbaycana istiqamətlənib.

PAYLAŞ