Milli Məclis ötən ilin dövlət büdcəsinin icrasını təsdiqlədi

Milli Məclis ötən ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
Kateqoriya məlum deyil
T

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Sfera.az xəbər verir ki, layihəyə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2% üstələyərək 39 milyard 184,6 milyon manata çatıb.


Dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8% azdır.


Nəticədə 2025-ci ildə dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.


Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ