Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb - Vüqar Bayramov

Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb - Vüqar Bayramov
Kateqoriya məlum deyil
T

“Son 23 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, dövlət büdcəsinin gəlirləri təxminən 30 dəfə, strateji valyuta ehtiyatları isə 2 milyard dollardan 90 milyard dollara çatıb”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

 

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası ölkənin dayanıqlı yüksəlişinin əsasını qoyub. Onun sözlərinə görə, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilməsinə və iqtisadi inkişafına ciddi təkan verib.

 

Vüqar Bayramov qeyd edib ki, işğaldan azad olunan ərazilərin bərpası istiqamətində də böyük işlər görülür. O bildirib ki, Zəfərdən sonra həmin ərazilərə dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayrılıb, 85 minə yaxın vətəndaş artıq Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır.

 

Deputatın sözlərinə görə, Azərbaycanın xarici borcunun ÜDM-də payı birrəqəmli səviyyədədir və ölkə strateji valyuta ehtiyatlarının həcminə görə dünyanın ən yaxşı göstəricilərinə malik dövlətlər sırasında yer alır.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ