Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi

Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
Kateqoriya məlum deyil
T

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

 

Sfera.az xəbər verir ki, 17 vaqondan ibarət 984 ton dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

 

Qeyd edək ki, indiyə qədər Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

PAYLAŞ