Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi

Kateqoriya məlum deyil
T
Dövlət Statistika Komitəsində (DSK) yeni kadr təyinatı olub.
Sfera.az bildirir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hüseynov Emin Rafael oğlu DSK-nin Maliyyə - inzibati şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Qeyd edək ki, adıçəkilən şöbənin əvvəlki müdiri Kuzina Tatyana Vladimirovna bir neçə gün əvvəl vəzifəsindən azad olunub. O, Maliyyə - inzibati şöbənin müdir müavini təyin edilib. /yenisabah
