Azərbaycandan İsrailə pul köçürmələri artıb

Azərbaycandan İsrailə pul köçürmələri artıb
Kateqoriya məlum deyil
T

2025-ci ildə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,311 milyon ABŞ dolları təşkil edib.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının statistik hesabatında əksini tapıb. 


Mərkəzi Bankın statistikasına əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 571 min ABŞ dolları və ya 20,8% çoxdur.

 

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İsrailin payı 0,7% təşkil edib.

 

Həmçinin 2025-ci ildə İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,163 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,5 milyon ABŞ dolları və ya 10,7% azalma deməkdir.

 

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İsrailin payı 1% təşkil edib.

 

2024-cü ildə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,740 milyon ABŞ dolları, əks istiqamətdə isə 13,626 milyon ABŞ dolları təşkil edib.

 

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

 

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur./trend

PAYLAŞ