Neft təchizatında tarixi fasilə yarandı

Neft təchizatında tarixi fasilə yarandı
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə davam edən müharibə qlobal enerji bazarına ciddi təsir göstərərək neft təchizatında tarixi fasiləyə səbəb olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) yayımladığı son bazar hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, regiondakı gərginlik və hərbi əməliyyatlar nəticəsində qlobal neft bazarı tarixində ən böyük təchizat fasilələrindən biri yaranıb.

 

Agentliyin məlumatına görə, İranın regional təchizat imkanlarının məhdudlaşması Körfəz ölkələrində istehsalın azalmasına gətirib çıxarıb. IEA-nın qiymətləndirməsinə əsasən, hazırda xam neft hasilatı gündəlik ən azı 8 milyon barel azalıb. Bundan əlavə, neft məhsulları üzrə gündəlik təxminən 2 milyon barel həcmində əlavə təchizat da dayandırılıb.

 

Bildirilib ki, dünya üzrə xam neft tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında da nəqliyyat demək olar ki, tam dayanıb. Buna səbəb İranın hücumları və bölgədə gəmiçiliyi hədəf alan təhlükələrin artmasıdır. IEA-nın məlumatına görə, hazırda boğazdan keçən neft axını böhrandan əvvəlki səviyyənin 10 faizindən də aşağıdır. Agentlik qeyd edir ki, bölgədə hərbi gərginliyin azaldığına dair əlamətlər hələ görünmür və Hörmüz boğazında nəqliyyatın nə vaxt bərpa olunacağı ilə bağlı dəqiq vaxt çərçivəsi də məlum deyil.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ