Neftin bahalaşması Azərbaycanın gəlirlərini artıracaq - Hesablama

Neftin bahalaşması Azərbaycanın gəlirlərini artıracaq - Hesablama
Kateqoriya məlum deyil
T

Enerji məsələləri üzrə ekspert Eyyub Kərimli neft qiymətlərinin artmasının Azərbaycan iqtisadiyyatına təsirini hesablayıb.


Sfera.az xəbər verir ki, ekspertin sözlərinə görə, neftin qiymətindəki hər 1 dollarlıq artım Azərbaycan üçün ildə təxminən 300-350 milyon dollar əlavə ixrac gəliri yaradır.


Ekspert bildirib ki, bu məbləğin təxminən 150 milyon dolları birbaşa dövlət büdcəsinin gəlirlərinə təsir edir:

 

"Əgər neftin qiyməti 10 dollar artsa, bu, Azərbaycanın əlavə gəlirlərinə müsbət təsir göstərəcək. On dollarlıq bahalaşma hesabına təxminən 3-3,5 milyard dollar əlavə ixrac gəliri, təxminən 1,5 milyard dollar isə əlavə büdcə gəliri formalaşacaq".


Eyyub Kərimli qeyd edib ki, bu hesablama Azərbaycanın gündəlik təxminən 0,5-0,6 milyon barel neft istehsal etməsi faktına əsaslanır.


Bununla yanaşı, ekspert vurğulayıb ki, neft qiymətlərinin yüksəlməsi hər zaman müsbət faktor kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, enerji daşıyıcılarının bahalaşması qlobal iqtisadiyyatda inflyasiyanın sürətlənməsinə də səbəb olur.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ