"Neftin qiyməti 50-100%-ə qədər arta bilər" - PROQNOZ

"Neftin qiyməti 50-100%-ə qədər arta bilər" - PROQNOZ
Kateqoriya məlum deyil
T

 

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda İranın mümkün addımları beynəlxalq enerji təhlükəsizliyi baxımından xüsusi diqqət mərkəzindədir.

 

Dünyada ixrac olunan xam neftin və mayeləşdirilmiş təbii qazın mühüm hissəsi strateji əhəmiyyətə malik Hörmüz boğazı vasitəsilə daşınır. Bu marşrut Körfəz ölkələrini qlobal bazarlarla birləşdirən əsas enerji arteriyası hesab olunur və burada hər hansı hərbi və ya siyasi gərginlik dərhal beynəlxalq birjalara təsir edir.

 

Maraqlıdır, İranın Hörmüz boğazını bağlaması qlobal enerji bazarına və neft qiymətlərinə hansı miqyasda təsir göstərəcək?

 

İqtisadçı-ekspert Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazı qlobal enerji sisteminin ən önəmli marşrutlarından biridir. Onun sözlərinə görə, dünyada dəniz yolu ilə daşınan neftin böyük hissəsi məhz burdan keçir:

 

 

“Bu boğaz vasitəsilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İran, İraq, Qətər kimi ölkələr ixracatlarını həyata keçirirlər. Gündə təqribən 19-20 milyon, bəzən 21 milyon, bəzən də 17 milyon barel neft məhsulları daşınır. Bu, təqribən neft təlabatının 20%-i deməkdir. Yəni, bu boğaz bağlanarsa, neft qiymətlərinə təyziq yaranacaq. Neftin qiyməti 50%, hətta 100%-ə qədər arta bilər. 150-170 dollar civarında artım ola bilər. Bundan başqa dünyada sıxılmış maye qazın 30%-i, 25%-i bu boğaz vasitəsilə daşınır. Belə olduğu halda, ixracatda maneələr yaranır. Bu da kəskin təklif qıtdığı yarada bilər. Beləliklə də konkret olaraq neft qiymətlərində sıçrayışlar ola bilər”.

 

Ekspert qeyd edib ki, Azərbaycan üçün də bunun mənfi və müsbət tərəfləri var:

 

“Azərbaycanın dövlət büdcəsi neft gəlirlərindən formalaşır. Neft gəlirlərindən formalaşdığı üçün, bunun müsbət tərəfləri ola bilər. Büdcəyə daxilolmalar arta bilər. Mənfi tərəfləri isə, bütün iqtisadiyyatımız idxaldan asılı olduğu üçün, qlobal enerji bazarında baş verən dəyişikliklər birinci inflasiyaya öz təsirini göstərməyə başlayır. Belə olduğu halda təyziq yaranacaq. Bu marşrutun alternativləri də var. Amma yol uzandıqca logistika, sığorta xərcləri meydana çıxır. Bu da maya dəyərini artırmağa gətirib çıxarır. Belə olduğu halda, neft və neft məhsullarının qiymətlərinə təyziq yaranır”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ