10 ilin iqtisadi mənzərəsi: nəyi neçəyə alırdıq?

Azərbaycan iqtisadiyyatı son 15-16 ildə ciddi dəyişikliklər yaşayıb. Xüsusilə çörək, su, qaz, elektrik və internet kimi gündəlik ehtiyaclar üzrə qiymətlərdə əhəmiyyətli artımlar müşahidə olunub.
Bu dəyişikliklər həm inflyasiya, həm xammal qiymətlərinin artması, həm də kommunal xidmətlərin tədricən qiymətləndirilməsi ilə bağlıdır. Bu təhlildə 2010-2026 dövrü üçün əsas məhsul və xidmətlərin qiymət dəyişikliklərini müqayisəli şəkildə araşdırılıb.
Məqsəd oxucuya illər üzrə gündəlik həyat xərclərinin necə dəyişdiyini, hansı sahələrin daha sürətlə bahalaşdığını və əhalinin büdcəsinə təsirini göstərməkdir.
Sfera.az-ın təhlilinə əsasən, 2010-cu ildə zavod çörəyinin qiyməti 0.30-0.40 qəpik səviyyəsində olub.
Bu, əsas qida məhsulu kimi nisbətən sabit bir dövr idi. 2015-ci ildə qiymət 0.40-0.50 qəpik səviyyəsinə qalxıb. 2020-ci ildə isə qiymət 0.50-0.65 qəpik, 2025- ci ildə isə 0.65-0.70 qəpik olub. 2026-cı ilin əvvəlinə isə zavod çörəyi 65 qəpik səviyyəsindədir.
Bu artım göstərir ki, 16 il ərzində çörək təxminən 2 dəfə bahalaşıb, əsas səbəb inflyasiya və istehsal xərclərinin artmasıdır. Çörəyin qiyməti birbaşa unun dünya bazarındakı qiymətindən və dövlət subsidiyalarından asılıdır. 2010-cu illə müqayisədə çörəyin çəkisi bəzən azalsa da (çəkisi), nominal qiyməti təxminən 100% artıb.
Qeyd etmək lazımdır ki, nominal qiymət artdığı halda, çörəyin çəkisi bəzən azaldılıb; yəni istehlakçı faktiki olaraq eyni qiymətə daha az miqdarda məhsul alır. Bu da qiymət artımını daha hiss olunan edir. Kommunal xərclərə gəldikdə isə, su bu xidmətlər arasında 16 ildə ən sürətlə artan sahələrdəndir. 2010- cu ildə suyun qiyməti 0.20-0.30 qəpik civarında olub. 2015-ci ildə qiymət 0.36 qəpik, 2020-ci ildə 0.50 qəpik, 2025-ci ildə isə 1.10 qəpik səviyyəsinə yüksəlib. 2026-cı ildə də eyni qiymət müşahidə olunur. Bu artım göstərir ki, son 16 ildə suyun əhalinin büdcəsindəki payı əhəmiyyətli dərəcədə yüksəlib. Əhalinin su istifadəsi üçün ödədiyi məbləğ tədricən artır və bu, xüsusilə böyük ailələr üçün nəzərəçarpacaq xərclər yaradır.
Su qiymətinin artımı həm infrastruktur xərcləri, həm də xidmətin davamlılığını təmin etmək məqsədilə həyata keçirilib. 2010-cu ildə qazın 1 kub metri 10 qəpik idi və 2015-ci ildə də eyni səviyyədə qalıb. 2020-ci ildə qiymət 10-20 qəpik aralığında olub. 2025-ci ildə isə qaz 12-25 qəpik arasında qiymətləndirilib. 2026-cı ildə də 25 qəpikdir. Bu, əhalinin kommunal xərclərində qazın əhəmiyyətli pay tutduğunu göstərir. Qaz yalnız mətbəx ehtiyacları üçün deyil, həm də istilik sistemləri üçün əsas xərclərdən biridir.
Qiymət artımı həm istehlak həcminə görə, həm də ümumi bazar və dövlət tarif siyasətinə uyğun tənzimlənir. Elektrik enerjisinə gəldikdə isə, 2010-cu ildə elektrik xərcləri 6 qəpik/kVts, 2015-ci ildə də 6 qəpik/kWh səviyyəsində qalıb. 2020-ci ildə elektrik xərcləri 7-11 qəpik/kVts, 2025-ci ildə isə 8-13 qəpik/kVts səviyyəsinə yüksəlib.
Bu artım göstərir ki, elektrik xərcləri uzun müddət sabit qalsa da, son illərdə həm tarif strukturunun dəyişməsi, həm də inflyasiya səbəbindən tədricən yüksəlir. 2010 cu ildə aylıq internet xidməti 10 manat, 2015-ci ildə 10-12 manat, 2020-ci ildə 15-18 manat idi. 2025-ci ildə internet qiymətləri 20-25 manat səviyyəsinə qalxıb, 2026-cı ildə isə 25 manat olaraq sabitlənib. İnternet qiymətləri digər kommunal xidmətlərlə müqayisədə daha sabitdir, çünki bazar rəqabəti və texnoloji inkişaf qiymətləri stabil saxlayıb. Ümumi nəzər saldıqda görürük ki, 2010-2026 dövrü ərzində gündəlik həyat xərcləri əhalinin büdcəsində daha böyük pay tutmağa başlayıb, bu da uzunmüddətli inflyasiya və xidmət tariflərinin strukturlaşması ilə bağlıdır.
Bəsti Rəfizadə
Sfera.az
