Kredit kartları azalır: "Banklar ehtiyatlı siyasət yürüdür"

Kredit kartları azalır: "Banklar ehtiyatlı siyasət yürüdür"
Kateqoriya məlum deyil
T

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 176 min ədəd artaraq 22 milyon 156 min ədəd təşkil edib. 

 

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi kart sayı 11% artıb. Lakin ödəniş kartlarında debet kartlarının sayı 13,3% artdığı halda, kredit kartlarının sayı 7,6% azalıb. Bu dinamika bazarda istehlakçı davranışlarında və bankların kredit siyasətində dəyişikliklərin baş verdiyini göstərir.

 

Maraqlıdır, kredit kartlarının sayının azalmasının səbəbləri nələrdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən bank sahəsi üzrə mütəxəsis Əkrəm Həsənov bildirib ki, kredit kartlarının sayının azalmasının əsas səbəbi bankların daha ehtiyatlı kredit siyasəti yürütməyə başlamasıdır.

 

 

Onun sözlərinə görə, əvvəllər vətəndaşlar bir neçə bankdan kredit götürə bilirdisə, indi bu proses çətinləşib, bütün kreditlər üçün bir banka üz tuturlar:

 

“Əvvəlki kredit kartı ilə kredit götürmək mümkün olduğu üçün əlavə kredit kartına ehtiyac olmur. Debit kartların artmasının səbəbi isə vətəndaşların bir neçə bankın kartından istifadə etməyə üstünlük verməsidir”.

 

Qeyd edək ki, yaxın aylarda da kart bazarında artım davam edə bilər, lakin kredit və debet kartları arasında nisbət əsasən bankların kredit siyasətindən və əhalinin gəlir səviyyəsindən asılı olacaq.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ