İftar menyularının qiymətləri: 20 manatdan 120 manatadək – ARAŞDIRMA

Ramazan ayı boyunca Bakı şəhərində bir çox restoran və otel öz qonaqlarına iftar menyusu təqdim edir. Bu məkanlarda təklif edilən iftar süfrələrinin qiymətləri üç kateqoriyaya görə fərqlənir: lüks otellər, orta səviyyəli restoranlar və sərfəli menyular.
Sfera.az restoranların iftar menyusu qiymətlərini təqdim edir.
Lüks otellər və premium restoranlarda iftar menyuları adətən zəngin bufet və xüsusi xidmət ilə təqdim olunur. Ən bahalı menyu “Four Seasons Hotel Baku”da yerləşən “Zafferano” restoranında təqdim olunub. Burada 1 nəfərlik iftar menyusu 120 manatdır. “Günaydın Restaurant” 90 manat, “Le Bistro” (Fairmont Baku) 88 manat, “Fireworks Urban Kitchen” (JW Marriott Absheron) 80 manat, “Tribeca” (The Ritz-Carlton) 85 manat qiymətinə iftar menyusu təklif edir. Bu menyular lüks mühit, müxtəlif milli və beynəlxalq yeməklər, şorba, əsas yeməklər və desert kimi geniş seçimlərlə zəngindir.
Orta səviyyəli restoranlar və otel restoranlarının menyuları 40–75 AZN arası dəyişir.
Bu kateqoriyaya aiddir:
“Sky Grill” (Hilton) - 70 AZN
“Zest Lifestyle Cafe” (JW Marriott) - 50 AZN
“Prive Steak Gallery” - 45-70 AZN
“Green Lounge” (Dreamland) - 55 AZN
“Ruby 360 Baku” - 45 AZN
“Hill Restaurant” (Badamdar) - 50 AZN
“Societe Baku” (Tarqovı) - 50–70 AZN
Bu menyular adətən şorba, salat, əsas yemək və desertdən ibarətdir.
Sərfəli və münasib menyular isə 20-40 AZN aralığında dəyişir. Belə menyular təqdim edən məkanlar arasında “Sədəf” (Bulvar) 20 AZN, “Caravan Baku” 25 AZN, “Mado” 25-27 AZN, “Firuzə” restoranı 28 AZN, “Biz-Bizə” (Nizami) 28 AZN, “The Mood Baku” 30-35 AZN və “Zəncəfil” (City Park Mall) 33-39 AZN qiymətində menyular təqdim edib. Bu menyular adətən yerli mətbəx təamları və əsas yeməklərlə birlikdə qəlyanaltı və deserti də əhatə edir.
Qeyd etmək lazımdır ki, restoranlar öncədən sifariş və rezervasiya tələb edə bilər. Bəzi məkanlarda servis haqqı ayrıca hesablanır. Lüks otellərin iftar menyularında menyu tərkibi daha geniş və təqdimat baxımından zəngindir.
Bəsti Rəfizadə
Sfera.az
