Aİ-dən Rusiya qazına TAM QADAĞA

Aİ-dən Rusiya qazına TAM QADAĞA
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı Şurası 2027-ci ildən etibarən Rusiya qazının Aİ-yə tədarükünü tam qadağan edəcək.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, Şuranın bəyanatına görə, 2027-ci il yanvarın 1-dən Rusiya mayeləşdirilmiş təbii qazının (MTQ) idxalına, 30 sentyabr 2027-ci ildən isə boru kəməri ilə tədarük olunan qazın idxalına qadağa qoyulacaq.

 

Qadağaya qədər Rusiya 2025-ci ildə mayeləşdirilmiş təbii qaz ixracını 7% azaltmağı planlaşdırıb. Sənəddə qeyd olunub ki, bu qərar Rusiya qazının Avropa bazarına çıxışını tam dayandıracaq.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ