Azərbaycanın qaz gəlirləri neft gəlirlərinə yaxınlaşır

Azərbaycanın qaz gəlirləri neft gəlirlərinə yaxınlaşır
Kateqoriya məlum deyil
T

Qaz gəlirləri yavaş-yavaş neftə yaxınlaşır.


Sfera.az xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib. 


İ.Şaban Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bildirib ki, 2025-ci ildə Azərbaycanın xam neft ixracından gəliri 12,1 milyar dollar, təbii qazdan gəliri isə 8,82 milyard dollar təşkil edib.

 


Ekspert təbii qazın satış qiymətinin də əlverişli olduğunu vurğulayıb:

 

"2025-ci ildə Azərbaycanın ixrac etdiyi qazın 1000 kubmetrinin orta qiyməti 350,23 dollar təşkil edib. Dövlət büdcəsində isə qazın ixrac qiyməti 242 dollardır".


Altay
Sfera.az 

 

PAYLAŞ